Bakı-Sumqayıt yolunda avtomobil piyadanı vurub. Sumqayıt24 bu haqda 5 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yol-nəqliyyat hadisəsi magistralın Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən qəsəbə sakini, 40 yaşlı Ramilə İbrahimovanı paytaxt sakini R. Məmmədovun idarə etdiyi "Honda" markalı avtomobil vurub. Qadın dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.