Sumqayıtda yaşlı kişi qəza zamanı dünyasını dəyişib. Sumqayıt24 bu barədə 25 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə Sülh küçəsində qeydə alınıb. Yolu keçmək istəyən 61 yaşlı İmran Mahmudovu avtomobil vurub. O, aldığı ağır xəsarətlərdən yerindəcə keçinib.
Sürücü hadisə yerindən yayınsa da, polis əməkdaşları onu saxlamağa nail olublar. Faktla bağlı araşdırma aparılır.