Sumqayıtda “Opel” markalı avtomobil dərəyə aşıb. Sumqayıt24 bu barədə 20 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə H.Z. Tağıyev qəsəbəsində baş verib. Deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan sürücü müxtəlif xəsarətlər alıb. Əraziyə cəlb olunan xilasetmə qüvvələri onu çıxararaq aidiyyəti üzrə təhvil veriblər.