Sumqayıtda “Xəzər” markalı avtomobil kuryer xidməti ilə məşğul olan motosikletlə toqquşub. Sumqayıt24 bu haqda APA-ya istinadən xəbər verir.
Hadisə 17-ci mikrorayon ərazisində qeydə alınıb. Nəticədə motosikletin sürücüsü 21 yaşlı şəhər sakini Elgün Səfərov xəsarət alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. [modula id="11953"]