Sumqayıtda avtomobil təmiri sexində yanğın baş verib. Bu haqda 27 fevral tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 20 kv.metr dəmir konstruksiyalardan ibarət tikilinin taxta üzlüyü və içərisində olan avadanlıqlar yanıb. Bitişik sexlər yanğından mühafizə olunub. Alov FHN-nin əməkdaşları tərəfindən söndürülüb.