Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt24 bu barədə 22 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə 18-ci mikrorayon ərazisi, General M. Əsədov küçəsində saat 6:20 radələrində qeydə alınıb. Yolu keçmək istəyən 56 yaşlı Validə Sultanovanı Pərviz Muradxanovun idarə etdiyi “İveco” markalı avtobus vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü polisə zəng vuraraq hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.