Bakı-Sumqayıt yolunda avtomobillər yanacaqdoldurma məntəqəsinə çırpılıb. Sumqayıt24-ə bu haqda 3 avqust tarixində xəbər daxil olub.
Şahidlərin sözlərinə görə, “Mercedes E-class” və “Mercedes S-class” markalı iki nəqliyyat vasitəsi toqquşub. Daha sonra hər iki avtomobil, ardıcılıq olaraq, yol kənarında yerləşən “Rosoil” yanacaqdoldurma məntəqəsinə və divara çırpılıb.
Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. [modula id="19529"]