Sumqayıt şəhərində avtomobildə kişi meyiti tapılıb. Bu haqda Sumqayıt24 2 avqust tarixində Apa.az-a istinadən məlumat verir.
Hadisə avtosalonların birində qeydə alınıb. “Lada Priora” markalı avtomobildə kişi meyiti aşkarlanıb. Cəsədə baxış zamanı onun 51 yaşlı Dadaş Məmmədov olduğu müəyyən edilib. D.Məmmədov həmin salonda gözətçi işləyib. Araşdırma zamanı onun bir neçə gün öncə öldüyü məlum olub. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.