Sumqayıt avtovağzalının təmirə ehtiyacı var. Bu barədə 15 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Burada olan asfalt örtüyündə çatlar və çalalar əmələ gəlib. Payız-qış aylarında, havanın yağıntılı keçdiyi zaman avtovağzala girmək daha da çətinləşir. Çünki həmin çalalar səbəbindən böyük gölməçələr yaranıb.
Bu hal həm sərnişinləri, həm də sürücüləri narahat edir.