Sumqayıtda yeni ofis və ticarət binası inşa olunur. Bu barədə 3 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Tikinti işləri avtovağzalın yanında olan avtodayanacağın ərazisində aparılır. Daxilində ticarət obyekti olan 9 mərtəbəli ofis və 2 mərtəbəli ticarət binasının təhvili 15 noyabr 2024-cü ilə planlaşdırılıb.
Qeyd edək ki, tikintinin sifarişçisi Fiziki şəxs M.E.-dir, layihəçisi “ARXPROYEKT” MMC, podratçısı isə “SKYLAND BAKU” MTK-dır.
[modula id="28069"]