Nizami Gəncəvi adına Kitabxana klubda “Axtararsınız məni şeirlərimdə” adlı poeziya dəqiqələri keçirilib. Sumqayıt24 bu haqda 13 mart tarixində Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) istinadən xəbər verir.
Tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Cabir Novruzun 90 illiyinə həsr olunub. Multimedia mütəxəssisi Mehparə Bağırova 34 nömrəli məktəbin 8-ci sinif şagirdlərinə və kitabxanaçılarına şair haqqında danışıb. Qeyd edib ki, Cabir Novruzun əsərlərində zəngin ənənələrimiz müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir.
Sonra şagirdlər “Mənim muğamatım”, ”Sağlığında qiymət verin insanlara”, “Cavanlığım”, “Yuxuda o taya keçdim bu gecə” və şairin digər şeirlərini səsləndiriblər. Sonda kitabxana əməkdaşlarının Cabir Novruz haqqında hazırladıqları videoçarx nümayiş olunub və onun “Cavanlığım” şeirinə bəstələnən mahnı ifa edilib.