Sumqayıt şəhər sakini, Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Vüsal Hüseynli itkin düşüb. Bu haqda Oxu.az məlumat yayıb.
Məlumata əsasən, 22 yaşlı Vüsal 13 fevral tarixində akademiyaya getmək üçün Bakıya yola düşüb. O, sonuncu dəfə "28 May" metro stansiyasından çıxarkən görülüb.
Kursantın tapılması məqsədilə axtarış tədbirləri həyata keçirilir.