Nizami Gəncəvi adına kitabxana klubda “Azərbaycanın musiqi beşiyi” adlı muğam saatı keçirilib. Bu haqda Sumqayıt Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Muğam saatı ”Şuşa ili” çərçivəsində baş tutub. Tədbirdə Fikrət Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında musiqilər dinlənilib.
Sonda iştirakçılar “Şuşa-Qarabağın mirvarisi” adlı sərgiyə baxış keçiriblər.