Sumqayıtda fəaliyyət göstərən müəssisəyə 5 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub. Sumqayıt24 bu haqda İqtisadiyyat Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Söhbət Kimya Sənaye Parkının rezidenti “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı müəssisəsindən gedir. Burada aparılan işlərin 85%-i tamamlanıb və artıq avadanlıqların quraşdırılması (montajı) işlərinə başlanılıb.
Qeyd edək ki, müəssisənin investisiya dəyəri 6 milyon dollardır.