Sumqayıt Kimya Sənaye Parkının (STP) rezidenti “Az-Tex-Import” MMC-nin direktoru Samir İbadullayev “Iveco Truck & Bus” şirkətinin nümayəndələri ilə görüşüb. Bu haqda bu gün, 25 may tarixində STP-yə istinadən xəbər veririk.
Məlumata əsasən, görüş İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) keçirilib. İbadullayev “Iveco Truck & Bus”-ın Asiya bölgəsi üzrə rəhbəri Koray Kurşunoğlu və Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Roman Smirnovla görüşüb.
Görüşdə yük və xüsusi təyinatlı avtomobillərin istehsalı və onların yığımı layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib.