Sumqayıtda ”Azadlıq mübarizəsi” adlı anım tədbiri keçirilib. Bu barədə 18 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Tədbir 20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar Mərkəzi Uşaq Kitabxanası və Q. Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən təşkil olunub. MUK-nın multimedia üzrə baş mütəxəssisi Səbinə Qasımova “20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnaməsi” adlı məruzəsi ilə faciə haqqında ətraflı məlumat verib.
Tədbir iştirakçıları xalqımızın milli istiqlal mübarizəsini əks etdirən kitablardan, dövri mətbuat materiallarından ibarət “Azadlığa gedən yolun zirvəsi” adlı sərgi ilə tanış olublar. Sonra şagirdlərin ifasında şeirlər və mahnılar səslənib, “Yanvar həqiqətləri” adlı videoçarx nümayiş edilib.