Azərbaycan əhalisinin sayı açıqlanıb.
Sumqayit24.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 5777 nəfər və ya 0,1% artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10.230.666 nəfər təşkil edib. Əhalinin 54,4%-ni şəhər, 45,6%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.