Fransada Azərbaycan diasporunun üzvləri etiraz aksiyası keçirirlər. Sumqayıt24 bu barədə 15 noyabr tarixində Azfront-a istinadən xəbər verir.
Senatın qarşısında keçirilən aksiya anti-Azərbaycan qətnaməsinin qəbul edilməsinə qarşı yönəlib. İştirakçılar Fransa Senatından Azərbaycana qarşı ədalət tələb edirlər. Azərbaycanlılar “Biz ədalət istəyirik!”, “Fransa, neytral ol!”, “Senat, ədalətli ol!”, “Fransa, ədalətli, düzgün ol!” və başqa şüarlar səsləndirirlər.
Xatırladaq ki, Bakı vaxtı ilə saat 17:30-da Senatda Azərbaycana qarşı irəli sürülən qətnamə layihəsi səsverməyə qoyulacaq. Hazırda Azərbaycan xalqı adından yerləşdirilən petisiyaya 126.500-dən çox imza toplanılıb.