Azərbaycana payız fəsli sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.
Sumqayıt24 xəbər verir ki, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınır, günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir.
Həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.