top
Azərbaycanda “robot repetitor” hazırlanır
26 avqust 2025, 04:43
- ↺ +

Azərbaycanda “robot repetitor” hazırlanır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Hazırda İdarəetmə Sistemləri İnstitutunda üzərində çalışılan ən mühüm layihələrdən biri süni intellekt əsaslı “robot repetitor” sisteminin hazırlanmasıdır”.

Sumqayit24.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu sistem Azərbaycan dilində həm anlayış, həm də cavab vermə qabiliyyətinə malik olacaq:

“Məqsəd repetitorluğa imkanı olmayan abituriyentlərə əlçatan və keyfiyyətli təhsil dəstəyi təqdim etməkdir. Sistem vasitəsilə şagirdlər tarix, coğrafiya, riyaziyyat kimi fənlər üzrə virtual müəllimlərlə interaktiv şəkildə öyrənə biləcəklər”.

Onun sözlərinə görə, layihənin reallaşması üçün əsas ehtiyac məlumat bazalarına çıxışdır. Əgər bu təmin olunarsa, sistem 7-8 aya istifadəyə hazır ola bilər. Layihə üzrə əməkdaşlıq üçün Dövlət İmtahan Mərkəzi ilə danışıqlar aparılır:

“Bu sistem Azərbaycanda süni intellektin təhsildə tətbiqi sahəsində mühüm dönüş nöqtəsi ola bilər”.

O əlavə edib ki, İdarəetmə Sistemləri İnstitutunda süni intellekt sahəsində son dövrlərdə bir sıra əhəmiyyətli tədqiqatlar aparılır. Tədqiqatlar əsasən üç istiqamət üzrə cəmlənib: intellektual qərar qəbuletmə, obrazların tanınması və dil texnologiyaları.

İnstitutun tədqiqatçıları Azərbaycan dilində ilk dil modelini yaradıb. Bu model qlobal miqyasda mövcud olan böyük dil modelləri ilə ölçülə bilməsə də, sırf Azərbaycan dili üçün optimallaşdırılıb və bu dildə olan problemlərin həllinə yönəlib. Bu modelin ilkin tətbiqi sahələri arasında çağrı mərkəzləri üçün virtual assistentlər də yer alır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
Dünən, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
Dünən, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Dünən, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Dünən, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Dünən, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Dünən, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Dünən, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
29 oktyabr 2026, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
29 oktyabr 2026, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

İdman
29 oktyabr 2026, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
29 oktyabr 2026, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
29 oktyabr 2026, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
29 oktyabr 2026, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
29 oktyabr 2026, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
29 oktyabr 2026, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Oxşar xəbərlər