top
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - RƏSMİ
14 iyul 2025, 01:43
- ↺ +

Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - RƏSMİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək.

Sumqayit24.az  xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, şəxsiyyət vəsiqəsinin məlumatları onun üzərində, elektron daşıyıcısında və “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış avtomatlaşdırılmış sistemində (bundan sonra İAMAS) olan məlumatlardan ibarət olacaq.

Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, vətəndaşlığı, doğulduğu yer, yaşayış yeri, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstəriləcək həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.

Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil ediləcək:

-    vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, vəsiqənin verilmə tarixi, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli;

-    vəətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı;

-    vətəndaşın əl-barmaq izləri;

-    şəxsiyyət vəsiqəsini verən orqanın adı;

-    “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar.

Vətəndaşın şəxsiyyət vəsiqəsi ilə bağlı İAMAS-da olan və müvafiq dövlət informasiya sistemlərindən (ehtiyatlarından) ötürülən məlumatlardan aşağıdakılar İAMAS-da kriptoqrafik vasitələrlə mühafizə olunaraq saxlanılacaq:

-    vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi və hərbi vəzifəsi;

-    vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları;

-    vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstəriləcək);

-    vətəndaşın uşaqlarının soyadı, adı, doğum tarixi və cinsi.

Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə, şəxsiyyət vəsiqəninin elektron daşıyıcısına və müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdeh olacaq.

Şəxsiyyət vəsiqəsinin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Şəxsiyyət vəsiqəsinin məlumatlarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

Həmçinin vətəndaşın yaşayış yeri dəyişdikdə şəxsiyyət vəsiqəsi dəyişdiriləcək.

Bundan əlavə, şəxsiyyət vəsiqəsinin müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında səhv müəyyənləşdirildikdə səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdiriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
Dünən, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
Dünən, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
Dünən, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
Dünən, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Dünən, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Dünən, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
30 oktyabr 2026, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
30 oktyabr 2026, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Oxşar xəbərlər