top
Azərbaycanın yeganə şəhid generalı Polad Həşimovun anım günüdür
13 iyul 2025, 22:27
- ↺ +

Azərbaycanın yeganə şəhid generalı Polad Həşimovun anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anım günüdür.

Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıta köçüb. Orta təhsilini 28 nömrəli, sonra isə 34 nömrəli məktəblərdə alıb.

Həşimov 1992-ci ilin dekabrında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsinə qatılıb. 1993-cü ildə dövlət çevrilişi cəhdinin qarşısının alınmasında iştirak edib. O, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib.

Polad Həşimov Vətənimizə göstərdiyi layiqli xidmətə görə “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” medalları, “Vətənə xidmətə görə” III dərəcəli orden, 2016-cı ildə Aprel döyüşlərindən sonra isə “Vətənə xidmətə görə” II dərəcəli ordeninə layiq görülüb. Həmçinin “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medallarla təltif olunub.

Polad Həşimov 2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub. Ağır savaş zamanı yaralanıb. Həmin istiqamətdəki postlardan birinə onun adı qoyulub.

25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. Sonra o, 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

12 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində ermənilər artilleriya qurğularından mövqelərimizi atəşə tutublar. 14 iyul tarixində döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, eləcə də beş hərbi qulluqçumuz qəhrəmancasına şəhadətə ucalıblar.

Həşimovun nəşi əvvəlcə Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. Növbəti gün isə II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı torpağa tapşırılıb.

General-mayora ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrə onun adı verilib. Bundan əlavə, paytaxtımızda və Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində “Polad Həşimov park”ları salınıb.

Hörmətlə anırıq.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
Dünən, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
Dünən, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
Dünən, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
Dünən, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Dünən, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Dünən, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
30 oktyabr 2026, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
30 oktyabr 2026, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Oxşar xəbərlər