Saray qəsəbəsində özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxs peyda olub. Bu barədə 7 yanvar tarixində Sumqayıt24 ASC-yə istinadən xəbər verir.
Həmin şəxs əvvəllər “Azərsu” ASC-də çalışmış və sonradan işdən azad olunmuş Şahin Abbasovdur. O, daha çox debitor borcu olan abonentləri seçərək onlara borcun bir hissəsinin nağd şəkildə ödənilməsi müqabilində qalan hissəsinin tamamilə silinəcəyini bildirib. Bu yolla bir neçə abonenti aldatmağa müvəffəq olub.
ASC abonentlərin diqqətinə çatdırır ki, bu cür qeyri-qanuni üsullarla debitor borcun silinməsi mümkün deyil və belə təkliflərə aldanmasınlar. Bu kimi şübhə doğuran hallarla qarşılaşan vətəndaş dərhal 955 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilər.