Sumqayıt Sukanal İdarəsində ictimai dinləmə keçiriləcək. Bu haqda bu gün, 13 iyul tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Görüş iyulun 15-i saat 11:00-da baş tutacaq.
Dinləmə “Azərsu” ASC-nin dəstəyi və qurumun yanında İctimai Şuranın təşəbbüsü ilə həyata keçiriləcək. Tədbirə hər kəs qatıla bilər.
Ünvan: Səməd Vurğun, 92A.
Ətraflı məlumat üçün əlaqə vasitəsi: (077) 415-15-15 (“Azərsu” ASC-nin yanında İctimai Şuranın sədri Rauf Zeyni).