"Azersun Holding"-in yanan fabriki ilə bağlı dəymiş ziyanı ödəyəcək təkrarsığorta şirkətinin adı bəlli olub. Bu haqda bu gün, 24 iyun tarixində APA-ya istinadən xəbər veririk.
Məlumata əsasən, daşınar və daşınmaz əmlakın təkrarsığortası Almaniyanın "Helman" Təkrarsığorta Şirkəti ilə həyata keçirilib və xarici şirkətin nümayəndələri artıq dəyən ziyanı qiymətləndirməyə başlayıblar.
"Ziyanın qiymətləndirilməsi 6 aydan bir ilə kimi vaxt apara bilər. Ona görə də dəyən ziyanın həcmi ilə bağlı hələlik nəsə demək çətindir", - "Azersun Holding"-in İdarə Heyətinin üzvü Savaş Uzan bildirib.