Sumqayıtda "Zəfər yolunda 44 gün" adlı kitabın imza günü keçirilib. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Müəllifi Əziz Sultan olan kitabın təqdimatı Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirdə "Könüllü Gənclər” İB-nin sədri Namiq Sərdarlı, 2 nömrəli UGİM və 5, 14, 15, 26, 29 nömrəli məktəblərin müəllim və şagird kollektivi iştirak edib.
Çıxış edən Əziz Sultan, müharibədə yaşanmış real faktlar əsasında hekayə formatında yeniyetmə və gənclər üçün qələmə alınmış kitabda 44 hekayənin yer aldığını söyləyib.