Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıtda monitorinq keçiriblər. Sumqayıt24 bu barədə 3 noyabr tarixində agentliyə istinadən xəbər verir.
Ticarət obyektlərində aparılan yoxlama zamanı şəhərin İnşaatçılar qəsəbəsi, ev 36, mənzil 1 ünvanında yerləşən "Əzizağa" marketində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi ilə bağlı nöqsan aşkarlanıb. Müəyyən olunmuş nöqsanla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.