Sumqayıtda müəyyən kateqoriyaya aid şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək. Sumqayıt24 bu haqda şəhər məhkəməsinə istinadən yazır.
Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə Regional Vəkil Bürosu ilə YAP Sumqayıt şəhər təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Ona əsasən, şəhərimizdə yaşayan aztəminatlı vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi nəzərdə tutulur.