Azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Bu haqda bu gün, 11 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Məlumata əsasən, bağlı qapı arxasında qalan uşağa köməklik göstərmək üçün FHN-in xilasetmə qüvvələri cəlb olunub. Onlar məzilin giriş qapısını açaraq nəzarətsiz qalmış uşağı xilas ediblər.