Sumqayıtda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib. Sumqayıt24 bu barədə 26 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in "112" qaynar xəttinə azyaşlının bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunublar. Əməkdaşlar tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.