Sumqayıt şəhərində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda bu gün, 12 mart tarixində Fövqəladə Hallar Nazirliyininə istinadən xəbər verir.
Məlumata əsasən, uşaq evdə bağlı qapı arxasında qalıb. Çağırış ünvanına xilasedicilər cəlb olunub. Onlar mənzilin giriş qapısını açaraq nəzarətsiz qalmış uşağı xilas edə biliblər.