Sumqayıtda uşaqlara kitablar paylanıb. Bu haqda 1 avqust tarixində Sumqayıt24 xəbər verir.
Aksiya "ASAN Könüllüləri" Təşkilatının 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilib. Belə ki, mərkləzə gələn azyaşlılara 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə əlifba kitabları verilib.