Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıtda fəaliyyət göstərən ticarət obyektlərində yoxlama keçiriblər. Sumqayıt24 bu barədə 5 yanvar tarixində AQTA-ya istinadən xəbər verir.
Monitorinq zamanı şəhərin 6-ci mikrorayon ərazisində yerləşən "Badə" şərab evində qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı nöqsan aşkarlanıb. Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.