Sumqayıtda uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Bu haqda bu gün, 24 may tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata əsasən, azyaşlı bağlı qapı arxasında qalıb. Əraziyə FHN-in xilasetmə qüvvələri cəlb edilib. Onlar mənzilin giriş qapısını açaraq nəzarətsiz qalmış uşağı xilas ediblər.