AQTA Sumqayıtda fəaliyyət göstərən ticarət obyektlərində yoxlama keçirib. Sumqayıt24 bu barədə 2 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Monitorinq zamanı 22-ci məhəllədə yerləşən "Bəhram" marketində nöqsanlar müəyyən olunub. Adıçəkilən obyektdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, eləcə də baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar olunub.