Sumqayıt sakininin meyiti tapılıb. Sumqayıt24 bu haqda 4 fevral tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə Bakının Dənizkənarı Milli Parkında baş verib. Araşdırmalar nəticəsində meyitin 59 yaşlı Həlimə Ağası qızı Seyidovaya məxsus olduğu müəyyənləşib.
Cəsədin üzərində zorakılıq əlamətləri yoxdur.