Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşına Fəxri fərman təqdim edilib. Bu haqda bu gün, 3 iyun tarixində sahələrin Facebook hesabına istinadən xəbər veririk.
Bakı Marafonu 2022-də iştirak etmiş Tapdıq Dadaşov 60+ yaş kişi kateqoriyasında birinci olub. Öz əməkdaşını bu münasibətlə təbrik etmək məqsədilə Sumqayıt Qaz İstismar sahəsində tədbir keçirilib. Dadaşov fərman və pul mükafatı ilə təltif olunub.