Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər olub. Bu haqda 26 sentyabr tarixində Sumqayıt24 “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən məlumat verir.
Oktyabrın 1-dən etibarən həm iş, həm də qeyri-iş günlərində sözügedən elektrik qatarı Bakı Dəmiryol Vağzalından saat 23:00-da yola düşərək, saat 23:52-də Sumqayıta çatacaq.
Qeyd edək ki, dəyişiklik payız-qış mövsümünə keçidlə əlaqədardır.