Bakı-Sumqayıt elektrik qatarlarında aparılan sonuncu reyd zamanı cərimələnən vətəndaşların sayı açıqlanıb. Bu haqda Daxili İşlər Nazirliyi xəbər yayıb.
Məlumata əsasən, Dəmiryol vağzalına, həmçinin sürət qatarlarına tibbi maskasız daxil olan, bununla da karantin qaydalarını pozan 20 şəxs inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.
Qeyd olunub ki, profilaktik tədbirlər bundan sonra da davam edəcək.