Bakı-Sumqayıt sürət qatarı üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb. Sumqayıt24 bu barədə 1 fevral tarixində xəbər verir.
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Report.az-un sorğusuna cavab olaraq bildirilib ki: "Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Prezidentin müvafiq Fərmanına əsasən, Dəmir yolu daşımalarında tariflər və yığımlar “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müəyyən edilir".