Bakı-Sumqayıt qatarından istifadə edən şərnişinlər 206,5 min dəfə kartla ödəniş ediblər. Sumqayıt24 bu haqda 2 avqust tarixində Report-a istinadən məlumat verir.
Cari ilin 1-ci yarısında sərnişinlər 170,4 min manat dəyərində təmassız ödəniş ediblər.
Xatırladaq ki, kartla ödəniş üsulu 2021-ci ilin iyun ayında sərnişinlərin istifadəsinə təqdim olunub.