Bakı-Sumqayıt qatarından istifadə edən sərnişinlər 110 min dəfə təmassız ödəniş ediblər. Bu haqda bu gün, 21 fevral tarixində Report xəbər verib.
Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata əsasən, sərnişinlər 2021-ci il ərzində bank kartları vasitəsilə 94,6 min manat dəyərində ödəniş ediblər.
“Ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi” layihəsi 2021-ci ilin iyun ayında qəbul edilib. Nəticədə Bakı-Sumqayıt sürətli sərnişin qatarlarına minmək üçün istənilən bankın ödəniş kartları vasitəsilə təmassız ödəniş imkanı yaradılıb.