Bakı-Sumqayıt qatarlarının ləngimə səbəbi açıqlanıb. Sumqayıt24 bu haqda 23 yanvar tarixində Baku.ws-ə istinadən xəbər verir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, avtomobil yollarında yaranan tıxaclar sərnişinləri elektrik qatarlarından daha çox istifadəyə sövq edir. Həmçinin qatarların qapılarına edilən kənar müdaxilələr, yaxud sərnişinlərin sıxlıq səbəbindən minib-düşərkən ləngiməsi qatarların hərəkət qrafikində qismən gecikməsinə gətirib çıxara bilir.
“Eyni zamanda avtomobillərin qorunmayan dəmir yolu keçidlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməməsi, piyadaların qadağan olunmuş ərazilərdə dəmir yolunu keçməyə cəhd etməsi qatarların qrafikində ləngimələrə səbəb olmaqla yanaşı, dəmir yolu infrastrukturuna ciddi ziyan vurur", - deyə qeyd olunub.