Bakı-Sumqayıt sürət qatarları yeni qrafiklə hərəkət edəcək. Sumqayıt24 bu barədə 1 sentyabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, Biləcəri – Keşlə sahəsində kontakt naqili dəyişdirilir. Bununla əlaqədar sentyabrın 3-ü saat 09:00-dan sentyabrın 8-i saat 19:00-dək bəzi reyslərin vaxtı yeni qrafiklə olacaq.
Qeyd edək ki, Bakı istiqamətində hərəkət edən Sumqayıt-Bakı qatarlarına minmə-düşmə müvəqqəti olaraq Biləcəri stansiyasının meydan tərəfdəki deyil, əks tərəfdəki platformasında aparılacaq.
Müvəqqəti dəyişiklik edilən reyslərin nömrələri cədvəldə sarı rənglə işarələnib. [modula id="21102"]