Bakı-Sumqayıt yolunda hərəkət qaydalarını pozan mikroavtobus sürücüsü saxlanılıb. Bu haqda Avtosfer.az məlumat yayıb.
Bir neçə gün öncə sosial şəbəkələrdə təhlükəli vəziyyət yaradan "Ford" markalı mikroavtobusun video görüntüləri yayılmışdır. Yüksək sürətlə hərəkət edən sürücü müxtəlif manevrlar edərək digər yol iştirakçılarına təhlükəli anlar yaşadıb.
Sürücü Vüqar Məmmədov inzibati məsuliyyətə cəlb edilib.