Bakı-Sumqayıt yolunda avtoqəza baş verib. Bu haqda 18 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə saat 17:00 radələrində yolun Ceyranbatan qəsəbəsinə düşən hissəsində qeydə alınıb. “Opel” markalı avtomobil qəzaya uğrayıb. Əraziyə təcili tibbi yardım maşını cəlb olunub.
Qəza zamanı xəsarət alanlar barədə hələlik məlumat yoxdur.