Bakı-Sumqayıt magistral yolunda sıxlıq yaranıb. Bu haqda 2 fevral tarixində Sumqayıt24 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Texniki nasaz avtomobilin yolda qalması səbəbindən yolun Beynəlxalq Avtovağzalın qarşısına düşən hissəsində tıxac müşahidə olunub. Sıxlığın qarşısını almaq üçün yol polisinə məlumat verilib.