Bakı-Sumqayıt yolunun bir hissəsi bağlı olub. Bu haqda 12 sentyabr tarixində Sumqayıt24 məlumat verir.
Səhər saatlarında magistral yolun Saray postu yaxınlığındakı hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Avtomobillər Saray qəsəbəsi istiqamətinə yönləndirilib.
Bu səbəbdən yolda uzun tıxac müşahidə olunub.