Bakı-Sumqayıt yolunda avtomobil çevrilib. Bu haqda bu gün, 15 yanvar Sumqayıt24-ə məlumat daxil olub.
Hadisə “Sumqayıt maşın bazarı” ərazisinin yaxınlığında baş verib. “Toyota” markalı minik avtomobili, “VAZ” markalı minik maşını ilə toqquşması nəticəsində damı üzərinə aşıb. Şahidlərin sözlərinə görə, ağır qəza nəticəsində möcüzəvi şəkildə xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunaraq araşdırmalara başlayıblar.
Qeyd edək ki, sözügedən ərazidə sıxlıq müşahidə olunur. [modula id="8058"]