Sumqayıt istiqamətindən paytaxta gələn avtomobil yanıb. Sumqayıt24 bu haqda 9 iyul tarixində Oxu.az-a istinadən xəbər verir.
Hadisə gecə saatlarında Bakı-Sumqayıt yolunda qeydə alınıb. Qəflətən alışan “KİA” markalı minik avtomobilinin mühərrik hissəsi yararsız vəziyyətə düşüb. Ətrafdakı insanlar alovu söndürməyə köməklik ediblər.